Putin: "Ermənistan KTMT-nin üzvüdür, lakin hərbi əməliyyatlar Ermənistan ərazisində getmir" - VİDEO
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasıdakı vəziyyəti şərh edib. NUHÇIXAN İnformasiya Agentliyi “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahat olduğunu bildirib: “Biz çox narahatıq. Ona görə ki, həm Azərbaycan, həm Ermənistan, Dağlıq Qarabağ-bütün bu ərazilər, harada ki bizə yad olmayan insanlar yaşayır. Söyləmək kifayətdir ki, bizim hesablamalarımıza görə, Rusiyada iki milyona yaxın azərbaycanlı, iki milyondan çox erməni yaşayır. Çoxlu sayda Rusiya vətəndaşı hər iki ölkə ilə dostluq, hətta qohumluq münasibətlərinə malikdir.
Əlbəttə ki, bu böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəfdən itkilər var".
Putin qeyd edib: "Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır.