Ter-Tadevosyan hardadı?...

A- A A+

2010-cu ilin “Literaturnaya qazeta”sının nömrələrinin birində dərc olunmuş “Anjelina üçün ev” başlıqlı bir məqalədən qeydlər aparmışdım.

Məqalədə yazılır ki, Rusiya jurnalistlərindən ibarət heyət “Qarabağın dostları” klubunun rəhbəri Eduard Qulyanın dəvəti ilə Şuşa və Xankəndində olublar. Qulyan əvvəlcə jurnalistlərə Bakıdan Şuşaya köçmüş Soğomonyan soyadlı 10 uşaqlı erməniyə Şuşanın mərkəzində xeyirxahlıq məqsədilə inşa etdiyi böyük bir evi göstərib. Bu evin Bakı ermənisi üçün tikilməsinin əsas səbəbi övladlarının müharibədən sonra dünyaya gəlməsi olub.

Rusiyalı jurnalist məqaləsində “müharibədən sonra” ifadəsini bir neçə yerdə işlədir. Arxayınlaşmışdılar, elə bilirdilər ki, istəklərinə çatıblar.

Məqalə müəllifinin yazdığına görə, Xankəndində çox böyük bir uşaq-gənclər yaradıcılıq evi açılıb. Həmin təşkilatın rəhbərinin rusiyalı qonaqlara dediyinə görə, dünyada istedadlı uşaqlar üçün belə böyük yaradıcılıq evinə rast gəlmək çətindir: “Burada 90 yaradıcı qrup işləyir. Biz bura çoxsaylı psixoloqları dəvət etmişik. Onlar dərnək rəhbərləri kimi fəaliyyət göstərir”.

Müəllifin qənaətinə görə, Dağlıq Qarabağda ən nüfuzlu şəxslərdən biri baş keşiş Parkev Martirosyan sayılır. Sumqayıtda anadan olmuş bu erməni İrəvan Politexnik İnstitutunu, Valeri Bryusov adına Rus və Xarici Dillər İnstitutunu və Eçmiədzin Ruhani Akademiyasını bitirib. Rusiyalı jurnalistin onunla söhbətindən: “Qarabağ əhalisi artıq tam əmindir ki, onlar öz torpaqlarını qaytarıblar. Burda müqəddəs daşlar - xaç heykəlləri o qədər çoxdur ki, bizim burada yaşamaq hüququmuzu sübut etməyə ehtiyac yoxdur”.

Rusiya jurnalistlərindən ibarət heyət rus mədəniyyət evi və rus kilsəsinin açılışında da iştirak edib. Qondarma “respublika”nın “prezidenti” Bako Saakyan rusiyalı jurnalistləri qəbul edərkən bunları deyib: “Siz Qarabağda həmişə insan təbiətinin şəffaflığını hiss edəcəksiniz. Ona görə ki, biz hər şeyi öz adı ilə çağırmağa üstünlük veririk”.

Saakyanın deməyindən belə çıxır ki, cənnət guşələrimizin havası və suyu onların təbiətlərində şəffaflıq yaradıb.

Şuşanın işğalını həyata keçirən Arkadi Ter-Tadevosyan hardadır? Deyirdi ki, Şuşanın işğalı erməniləri birləşdirdi. Daha Şuşaya gələ bilməz?

Daşnak Bako hardadır? Əsgərlərimiz onun təbiətindəki şəffaflığa zülmət çökdürüblər.

Parkev Martirosyandan xəbər varmı? Parkevin xaç düzəltməkdən əli qabar olmuşdu...

Bir azdan daşnak Araik yaddaşını itirdiyinə görə saxta inauqurasiyasının da tarixini unudacaq.

Cəllad Koçaryan Qarabağa gəlmişdi. Gəldi, gördü və qaçdı!

Bunları iti qovan kimi qovmuşuq!

Etibar Əliyev

millət vəkili

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: