Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir
Mülki əhalini hədəfə almaqla bütün dünyanın gözü qarşısında müharibə cinayəti törədən Ermənistan, bununla öz tarixinə daha bir qara ləkə yapışdırmaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alıb. Mətndə əlavə olaraq yazılır: “Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir”.
Paylaşımda, həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini, mülki yaşayış məntəqələrini və infrastrukturu hədəfləyən raket zərbələrindən videogörüntülər də təqdim olunub.