Son dövrlər baş verən hadisələr, Azərbaycan Respublikası Silahlı Qüvvvələri və onun Ali Baş Komandanının faşizm ideologiyalı Ermənistan ordusunun hərbi təcavüzlərinə cavab olaraq başlatdığı uğurlu azadetmə əməliyyatı bütün xalqımızın ürəyindəndir. Doğrudur, xalqımız və onun lideri heç zaman müharibə tərəfdarı olmayıb və bu niyyətini uzun illər ərzində beynəlxalq ictimaiyyətə də əks etdirib. Lakin xain və faşist bir düşmənin ardıcıl, davamlı hərbi təcavüzlərini də cavabsız qoymaq, Dağlıq Qarabağı, Şuşanı, Xankəndini və neçə-neçə işğal altına alınmış doğma, canımız-qanımız olan əziz yurd yerlərimizi də nigarançılıqda saxlamaq bizə yaraşmazdı. Buna görə də Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun Ermənistan hərbi təcavüzləri, qəfil hücumlarına cavab olaraq başlatdığı uğurlu əks-hücum əməliyyatları gətirdiyi qələbələrlə xalqımızın eynini açdı, ruhundakı mübarizə əzmini oyatdı. Xalqımız birmənalı və qətiyyətli bir həmrəylik nümayiş etdirərək, Ali Baş Komandanın əmrində olduğunu qətiyyətlə ifadə edərək Vətən müharibəsinə dəstək nümayiş etdirdi. Bu gün hər bir azərbaycanlının ruhu generallaşıb – Poladlaşıb, Mübarizləşib... Hər kəs məğrurca, qeyrətlə ön cəbhəyə atılıb Vətənə can fəda etmək, düşmən qarşısında sipər dayanmaq istəyir. Bir sözlə, bütün Azərbaycan xalqı bir əsgər kimi Vətəni müdafiənin ön cəbhəsində onun keşiyində dayanmaq, döyüşmək, Böyük bir azadlıq tarixi, Qələbə epoxası yazmaq istəyir...
“Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə bir güclü ordu yaradırıq”
Ulu öndərin müəyyənləşdirdiyi yol, məqsəd və vəzifə Azərbaycan dövlətinin və onun yaşamasına cavabdeh olan hər bir insanın qarşısında dayanan bir proqram oldu. Bu mənada ulu öndərimizin layiqli davamçısı, özü qədər inandığı İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioritet məqsədinə çevrilən ordu quruculuğu uğurlu inkişaf yolu keçib. İlham Əliyev cənablarının siyasi kursa rəhbərliyi ölkəmiz üçün yeni bir mərhələni yaratdı və uğurlu bir epoxanın əsasını qoydu. Həm daxili, həm də xarici kursda ciddi dönəm özünü nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanı qüdrətləndirmək və inkişaf etdirmək məqsədinin tərkib hissəsi olaraq Azərbaycan Silahlı Qüvvələri daha güclü inkişaf yolu keçərək peşəkarlaşmış və yüksək hərbi qüdrətə nail olmuşdur. Bu inkişafın bir təzahürü də cənab Prezidentin vaxtilə məqsədə çevirdiyi kimi Azərbaycan Silahlı Qüvvələrinə ayrılan xərcin həcminin artırılması və bütün Ermənistanın büdcəsini ötüb keçməsi nailiyyətində idi. Bundan başqa dahi liderimizin uğurlu davamçısı cənab İlham Əliyevin böyük siyasət və idarəçilik qabiliyyəti sayəsində nəinki Azərbaycan ordusu peşəkarlaşdı, hərbi texniki imkanlarını genişləndirdi, həmçinin Azərbaycanda müdafiə sənayesi yaradıldı və hərbi texnika, silah və sursat təminatı istiqamətində əvəzsiz tarixi bir uğura nail olundu. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi uğurlu inkişaf yolu və malik olduğu hərbi qüdrət, texniki imkanlar, o cümlədən müdafiə qüdrəti və nizamiliyi özünü Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ordusunun keçirilən hərbi paradlarında nümayiş etdirdi.
Aprel qələbəsindən sonra Naxçıvanın işğal edilmiş 11 min hektarlıq ərazisinin uğurlu istehkam-mühəndislik işləri nəticəsində azad edilməsi ilə nəticələnən məharətli Günnüt əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu regionun ən çevik, qüdrətli və inkişaf etmiş, qələbə əzmli ordusudur. Azərbaycan Milli Ordusu hər an öz torpaqlarını işğaldan azad etməyə hazır və qadirdir. Bu, həm də düşmənə bir daha başa saldı ki, Azərbaycan Oğlu dediyi sözü, verdiyi vədi yerinə yetirmək qüdrətinə də malikdir. Faktlar bir daha göstərdi ki, Azərbaycan Prezidentinin və Azərbaycan xalqının sözünü canından keçərək yerinə yetirməyə qabil döyüş əfsanəsinə çevrilən Polad Həşimov kimi generalı, Mübariz İbrahimov, Ramil Səfərov, Elnur Əliyev, Qabil Orucəliyev və onlarla, yüzlərlə, minlərlə igid, cəsur, qorxmaz Azərbaycan oğlu – Azərbaycan əsgəri, döyüşçüsündən ibarət Milli Ordusu var. Yüzlərlə Azərbaycan əsgəri, Milli Qəhrəmanı, şəhidi sübut etdi ki, bizim söz yerə düşməz, düşmənin başına bəla olaraq düşər.
“Qarabağ Azərbaycandır!”
Düz otuz ilə yaxın bir dövr ərzində Azərbaycan dövləti beynəlxalq hüquq normalarına hörmət və humanizmə, insanlıq duyğularına hörmətlə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin danışıqlar yolu ilə, sülh şəraitində həllinə hər cür cəhd göstərdi. Lakin bu illər ərzində heç bir beynəlxalq hüquq, adi insanlıq normalarını tanımayan Ermənistan öz işğalçı davranışlarını davam etdirərək Azərbaycan ərazilərini hərbi müdaxilə altında saxlamaqla bərabər dövlət başçısının dili ilə beynəlxalq təşkilatda çıxış edərək “Qarabağ Ermənistandır və nöqtə”, - deyib bütün danışıqlara son qoymuş oldu. Hər zaman öz uzaqgörənliyi, bilik və savadı, mahir diplomatik məharətilə çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev bütün incəliklərilə dünya liderləri və xalqlarına təqdim və təsdiq etdi ki: “Qarabağ Azərbaycandır!” Əlbəttə, bu “Nida işarəsi” artıq səbri daşmış, haqq işinə məsuliyyətsiz yanaşmalardan cana doymuş, öz haqq savaşını qələbə ilə bitirməyə qabil və qadir bir ölkənin, onun başçısının işğalçı ölkəyə və onun havadarlarına qəti və sərt xəbərdarlığı, həyəcan siqnalı idi. Ermənistanın Azərbaycanın Tovuz istiqamətindəki sərhədlərini hərbi müdaxilə ilə pozmağa çalışması bir daha onların işğalçılıq mövqeyini nümayiş etdirdi və bölgədə, bütövlükdə Cənubi Qafqazda sülhə təhlükə yaratdıqlarını sübuta yetirdi. Bu qəfil və xain hücumda Azərbaycanın Polad Həşimov kimi bir generalını şəhid verməsi gələcək haqq savaşına doğru bütün Azərbaycan xalqını mənən oyatdı, milli həmrəyliyi təmin etdi və bütövlükdə azərbaycanlı ruhunu generallaşdırdı.
Ermənistan tərəfinin verdiyi ağır itkilər, saysız-hesabsız döyüş texnikasını qoyub qaçmaları, xeyli sayda canlı qüvvəsinin əsir alınması və s. Ermənistanın məğlub və acınacaqlı durumunu kifayət qədər aydınlığı ilə ortaya qoyur. Hətta döyüş bayrağını qoyub qaçan ermənilər sübut etdilər ki, Ermənistan milli orduya deyil, müxtəlif ölkələrdən gətirilmiş, hətta terror təşkilatlarına aid qüvvələrdən ibarət dağınıq hərbi birləşmələrə malikdir. Elə Azərbaycan əsgəri ilə erməni əsgərinin başlıca fərqlərindən biri də odur ki, hər bir Azərbaycan əsgəri öz torpağı, Vətəninin əraziləri uğrunda, haqq və həqiqət yolunda mübarizə aparır. O bilir ki, onun sərhəd çəpəritək dayandığı yerdən geridə sevdikləri, doğmaları var və onu öldürmədən düşmən bir addım da irəli gedə bilməz. Amma erməni tərəfdən döyüşənlər üçün niyə, nə üçün döyüşdükləri bəlli deyil və onların bu döyüşdə müqəddəs amalları, mənəvi məsuliyyətləri yoxdur. Dara düşəndə qaçmaq onlar üçün amalsız döyüşdən canını qurtarmaq vasitəsidir. Buna görə də hər bir həmləsində Azərbaycan əsgərinin rəşadəti, döyüş bacarığı və hərbi qüdrəti özünü qələbə ilə tamamlandı. Ermənistan hökuməti və onun dövlət, din başçılarının rəsmi etirafları Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından nə dərəcədə dəhşətə gəldikləri və qorxduqlarını aydın nümayiş etdirdi. Qeyri-peşəkar və heç bir hərbi nizama dayanmayan döyüş cəhdləri də Ermənistan “ordu”sunun çoxdan məğlub olduğunun bariz təzahürü, panik duruma düşmüş bir yığın döyüşçünün nizamsız davranışlarından başqa bir şey deyil. Habelə Ermənistan tərəfinin məqsədli olaraq dinc sakinləri hədəfə alması, yaşayış yerlərini vurmağa cəhd göstərməsi bir daha göstərdi və sübut etdi ki, Ermənistan nəinki siyasi əxlaqdan kənardır, o hətta döyüş mədəniyyətindən uzaqdır və onun dövlət, ölkə, xalq olaraq ən adi insan haqlarına sayğı ləyaqəti yoxdur. Bunun isə bir adı var: terrorizm. Son hadisələr və Ermənistanın davamlı anti-insani hərəkətləri, onların faşist ideologiyası ilə davranışları yeni faşizm olan ermənizmin meydana gəlməsinin əyani sübutudur. Azərbaycanlılar minlərlə Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədov, İsrafil Məmmədov, Əhmədiyyə Cəbrayılov və başqaları kimi igidlərilə dünyanın ən müxtəlif yerlərində, ən müxtəlif xalqların azadlığı, müxtəlif millətlərin xoşbəxtliyi uğrunda faşizmə qarşı döyüşdükləri halda, ermənilər Njde kimi xain övladları ilə faşizmə xidmət emiş, faşist olaraq da qalmışlar. Lakin Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “...Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
Ermənistan tərəfinin dinc sakinləri hədəfə almasına baxmayaraq, Azərbaycan əhalisi birmənalı həmrəylik, birlik və mübarizlik göstərməyə davam edir. Daim ruh yüksəkliyində olan xalq Milli Ordumuzun Böyük Qələbəni əldə edəcəyinə tam inanırlar. Buna görə də döyüşə atılan əsgərlərdən başqa minlərlə insanın könüllü hərbi xidmətə yazılması, israrla bu gedən haqq savaşında iştirak etmək istəyi Azərbaycan xalqının başlanan bu Vətən müharibəsində hər bir zaman Ali Baş Komandanın yanında və hətta onun əmrində olduğunu qətiyyətlə göstədi. Heç bir şübhə yeri qalmadan qadından kişiyə, körpədən qocaya, xəstədən sağlama hər bir azərbaycanlı insanı Ali Baş Komandanın bu müqəddəs Vətən savaşındakı əzmini dəstəkləyir və bütün gücü ilə Milli Ordumuzun döyüşünə tərəfdar çıxır. Bəli, bu savaş Azərbaycan xalqının haqq savaşıdır, Vətən müharibəsidir.
Böyük Qələbə uzaqda deyil. Əli silah tutan, ya tutmayan, kişi ya qadın, yaşlı və ya gənc olmasına, harda yaşamasına, harda olmasına baxmayaraq, bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycansevər yalnız bir şey deyir, bir söz hayqırır: “QARABAĞ AZƏRBAYCANDIR! Eşq olsun zəfər gətirən Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycanın Ali Baş Komndanına! Yaşasın Azərbaycan!” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
P.S. Vaxtilə ölkəmizin başçısı, Azərbaycan Respublikası Prezidentinə həsr etdiyim məqalə və “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitabımda Cənab İlham Əliyevi “Qələbə əzmli lider” deyə xarakterizə etmişdim. Bu günümüzün qürurunu yaşayıram ki, məhz Qələbə Əzmli Lider kimi də Cənab İlham Əliyev Azərbaycan xalqını 30 ilə yaxın müddətdir, səbirsizliklə gözlədiyi Böyük Qələbəyə, böyük tarix yazan Zəfərə, yeni bir dönəmə götürür! Artıq bütün Azərbaycan xalqı bu ər oğlu ərin Azərbaycan bayrağını Qarabağa sancacağına tamamilə əmindir və o günün iştirakçısı olmaq həvəsilə hər bir kəs Ali Baş Komandanın əmrindəki bir əsgər olmaq istəyi ilə qətiyyətli bir həmrəylik, birlik yaradıb. Qüvvətin və qüdrətin sarsılmasın, Liderim!
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı