Prezident İlham Əliyev: Paşinyan anekdot personajına çevrilib

A- A A+

Bəs nə oldu Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” bütün işğal edilmiş torpaqları o cümlədən əhatə edir. Bəs gəl müdafiə et bunları. Nə qaçırsan Moskvaya? Nə zəng edirsən dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib: "Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, anekdot personajına çevrilib. Açın, baxın, sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar, anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə, çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: