Ermənistanda 11 min fərari axtarışdadır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ermənistan gəncləri orduda xidmət etmək istəmirlər. İşğalçı ölkənin gənclərinin hərbi xidmətdən yayınmalarının səbəbi orduda özbaşınalığın olması, ölüm hallarının artması və ən əsası Dağlıq Qarabağ ərazisində ölmək istəmədikləri göstərilir. Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağ ərazislərində xidmətə yola salınması da bu vəziyyətin qarşısını almağa planlaşdırılan növbəti bir şoudur. Amma yenə də erməni gənclər hərbi xidmət etməkdən imtina edərək əcnəbi ölkələrdə gizlənirlər. Ermənistan polisinin rəsmisi, İstintaq baş idarəsinin rəisi Xaçik Muradyan bununla bağlı açıqlama verib. Onun sözlərinə görə bu günə qədər yaşı 27-yə çatan 11 min Ermənistan vətəndaşı hərbi xidmətdən yayınma ilə bağlı axtarışa verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: