Xocalıdakı radilokasiya stansiyası məhv edilib - YENİLƏNİB - VİDEO

A- A A+

Müdafiə Nazirliyindən verilən məlumata əsasən düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Qeyd edək ki, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.

Radar, həmçinin, hava hədəflərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir. Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür", - nazirlikdən bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: