“Ermənistanın təcavüzü davam etməkdədir”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Moskvada qəbul edilmiş bəyanatdan sonra humanitar əsaslı müvəqqəti atəşkəs elan olunub: “Ancaq bu gün müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın Azərbaycanın mövqelərinə və mülki şəxslərə hücumu davam edir. Bu da Ermənistanın riyakarlığını göstərir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir. Beynəlxalq ictimaiyyət Ermənistanın riyakar siyasətini bir daha görməkdədir”.