Son proseslər göstərirdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan status-kvonu qoruyub saxlamaq siyasətini yürüdürdü. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. Ermənistan o hərbi sistemi, infrastrukturu 30 il ərzində formalaşdırmışdı. Ermənistanın hücumlarına yenə də cavablar verilir.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu əməliyyatla status-kvonu dəyişdirdi. Artıq Azərbaycan bir çox torpaqlarını geri qaytarıb. Təmas xətti yoxdur. Beynəlxalq çağırışlara uyğun olaraq atəşkəs rejimi bərpa olunub. Ancaq Ermənistan bu vəziyyətdən də sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirir.