Prezidentin köməkçisi: Əgər Ermənistan atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan cavab vermək məcburiyyətindədir
Azərbaycana müxtəlif təzyiqlər var və Prezident, Ali Baş Komandan İlham Əliyev bu təzyiqlərə mərd-mərdanə sinə gərməkdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən brifinqdə söyləyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Əgər Ermənistan humanitar əsaslarla olan bu atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə cavab vermək məcburiyyətindədir.