Xarici İşlər naziri: Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatı işğalçıya bir mesajdır

A- A A+

Oktyabrın 9-da dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı Nazirlər Konfransının bəyanatı qəbul edilib. Bəyanatda Ermənistanın təxribatı qınanılıb, üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu, işğalçıya bir mesajdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu oktyabrın 10-da keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

C. Bayramov bildirib ki, Moskva görüşündən əvvəl onun Cenevrədə Minsk qrupunun həmsədrləri ilə görüşü olub. Nazir deyib ki, status-kvo dəyişməli idi, amma bunun üçün Ermənistana təzyiqlər edilmirdi. Həmsədrlərlə danışıqlarda aydın oldu ki, onlar da bunu başa düşürlər. Bu, Ermənistan üçün də zəruridir. Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. On gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.

Qarşıda böyük məqsəd və hədəflərin olduğunu deyən nazir bildirib: “Buna nail olmaq üçün bütün imkanlarımızdan istifadə edərək sistemli şəkildə addımlar atmalıyıq”.

Humanitar atəşkəsin müddətinə toxunan C.Bayramov diqqətə çatdırıb ki, burada hər hansı bir müddət yoxdur. Əsas proses Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçiriləcək. Cəsədlərin götürülməsinin və girovların dəyişdirilməsinin nə qədər vaxt aparacağını həmin təşkilat deyə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: