Hikmət Hacıyev: Əminik ki, Türkiyə regionda davamlı sülhün təmin edilməsi prosesinə əsaslı töhfəsini verəcək

A- A A+

Qardaş Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi artıq masadadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında bildirib.

Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak etdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, yaranmış indiki reallıqda biz qardaş Türkiyədən daha böyük əzmlə proseslərdə aktiv iştirak etməsini gözləyirik. Türkiyə regionda qonşu ölkədir. Cənubi Qafqaz regionunda baş verən gərginliklər Türkiyəni də ciddi narahat edir. Türkiyə bu regionda davamlı sülhün təmin edilməsində öz səylərini davam etdirir. İstər Minsk qrupu formatı, istərsə də Minsk qrupu formatını dəstəkləyəcək digər formatlar çərçivəsində qardaş Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir. Əminik ki, Türkiyə də bu prosesə əsaslı töhfəsini verəcək.

“Nəhayət, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxsın. Bu, bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, bu günə qədər bunu anlamır”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: