İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.