FHN: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 17 yaralı və 5 cəsəd çıxarılıb

A- A A+

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-də gecə saat 2 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, dərhal əraziyə cəlb olunmuş nazirliyin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: