Prezidentin köməkçisi Hikmət Hacıyev: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir

A- A A+

Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev, həmçinin bildirib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: