Türkiyə KİV-ləri: Elə ilk andan humanitar atəşkəsi pozmaq Ermənistanın terrorçu mahiyyətini göstərir - FOTOLAR
Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini, dinc əhalini atəşə tutması barədə məlumatlar yayır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə KİV-ləri bildirir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.
Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Glabal, Bengü TV, CNN Türk telekanalları, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və s. qəzetləri yayıb.