Ermənistanın Gəncədə dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqətində

A- A A+

Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “BBC Arabic”, “Skynews Arabic”, “Aljazeera” kimi nüfuzlu televiziya kanallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında geniş reportajlar yayımlayıblar.

Ermənistanın növbəti terror aktı barədə xəbər Misirin “Egyptonline” informasiya portalında da yerləşdirilib. Qeyd olunub ki, humanitar atəşkəs elan edildikdən cəmi 14 saat sonra işğalçı Ermənistanın azərbaycanlı dinc sakinləri hədəf alması müharibə cinayətidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: