Baş Prokurorluq: Ermənistan silahlı qüvvələrinin Gəncədə yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 9-a çatıb
Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.