Fransanın “Le Monde” qəzeti Gəncədəki erməni terrorundan yazır: “Humanitar atəşkəsə baxmayaraq, Gəncə atəşə tutulub”

A- A A+

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın rəsmi qurumlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə mülki insanlar həlak olub.

“Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub”, - deyə paylaşdığı statusa istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini bildirib. Qeyd edib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: