Türkiyənin Milli Müdafiə Nazirliyi: Müharibə və insanlıq cinayətləri törədən Ermənistan indi də atəşkəsi pozur
Ermənistan humanitar atəşkəs barədə əldə edilən razılığı pozaraq Gəncəyə raket hücumu edib. Çox sayda ev dağılıb. Sıravi vətəndaşlar həlak olub, yaralananlar və dağıntılar altında qalanlar var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin ermənilərin Azərbaycanın Gəncə şəhərinə hücumu barədə açıqlamasında deyilir.
Açıqlamada bildirilir: “Müharibə və insanlıq cinayətləri törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəkəs zamanı belə dinc əhalinin yaşayış yerlərinə hücumları davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”.