FHN: Gəncədə düşmənin raket atəşi nəticəsində dağılan binada axtarış-xilasetmə işləri yekunlaşdırılıb

A- A A+

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun oktyabrın 11-də gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən (FHN) NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, dərhal əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: