Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə əlaqədar Türkiyə və Rusiya Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə bağlı telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, Mövlud Çavuşoğlu rusiyalı həmkarından ermənilərin atəşkəs barədə qərara əməl etmələri üçün onlara xəbərdarlıq etməsini istəyib.