Piter Teys: Ermənistanın Gəncəni atəşə tutması Hitlerin Varşavanı bombalamasına bərabərdir

A- A A+

Gəncənin erməni qoşunları tərəfindən atəşə tutulması 1939-cu ildə Hitlerin Varşavanı bombalamasına bərabərdir.

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsində  amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, humanitar xarakterli atəşkəs razılaşmasının əldə olumasına baxmayaraq, erməni qoşunları rəsmi Yerevanın terrorçu fəlsəfəsinə uyğun olaraq həmin rejimi pozdu:

"Elə həmin gün Azərbaycan bir neçə artilleriya atəşinə məruz qaldı. Oktyabrın 11-də səhər isə Gəncə erməni raketləri və kasset bombaları ilə atəşə tutuldu".

Ekspert  Azərbaycanın suveren ərazilərinin hərbi yolla işğaldan azad edilməsinin vacibliyini vurğulayıb:

"Təəccüblü deyil ki, Avropa İttifaqı ölkələri, Avropa Şurası Parlament Assambleyası, Avropa Şurası və ABŞ Dövlət Departamenti bu ciddi böhranın siyasi və dinc həllində mövcud deyil. Mən əminəm ki, Avropa Yerevanın avtokratik rəhbərliyini, terror aktlarını, Azərbaycanın iri şəhərlərinə və mülki obyektlərinə raket atəşlərini pisləməklə vaxtında hərəkət etməsə, gələcək aylarda bunun geosiyasi fəsadları ilə üz-üzə qalacaq. Avropa dövlətləri və Vaşinqtonun rəsmi bəyanatları ümumi, ikimənalı və səmərəsiz xarakter daşıyır".

P.Teys əlavə edib ki, beynəlxalq ictimaiyyətin biganəliyi fonunda Azərbaycan Silahlı Qüvvələrinin ardıcıl fəaliyyəti Ermənistan tərəfindən terror təhlükəsinin qarşısının alınması və Avropada və Qafqazda sülh və sabitliyin təmin olunması üçün yeganə yoldur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: