"Humanitar atəşkəslə bağlı razılaşmadan sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində mülki vətəndaşların atəşə tutulması barbarlığın daha bir bariz nümunəsidir".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu, Xarici İşlər naziri Ceyhun Bayramov "Twitter” hesabında yazıb.
Nazir bildirib ki, bu, Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.