“Deutschelandfunk.de”: Atəşkəs dövründə Azərbaycanda yaşayış ərazisinin bombardman edilməsi

A- A A+

“Atəşkəs dövründə Azərbaycanda yaşayış ərazisinin bombardman edilməsi”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Almaniyanın “Deutschelandfunk.de” nəşrində dərc olunan material bu sərlövhə ilə verilib (bax: www.deutschlandfunk.de/berg-karabach-trotz-waffenruhe-bombenangriff-auf-wohngebiet.2932.de.html?drn:news_id=1182245).

Materialda Ermənistan silahlı qüvvələrinin atəşkəs saatlarında Gəncə şəhərinə qarşı hücumundan danışılır. Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun öz “Twitter” səhifəsində yuxuda olan Gəncə şəhərinin hücuma məruz qalması barədə dünyaya verdiyi xəbərə istinad edir. Erməni silahlı qüvvələri tərəfindən yaşayış ərazisinə gecə hücumu nəticəsində 9 nəfər həlak olub və 30-dan artıq insan yaralanıb. Nəşrdə xatırladılır ki, həmin axşam münaqişə tərəfləri Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdilər.

Məqalədə qeyd edilir ki, qondarma “Dağlıq Qarabağ respublikası” beynəlxalq səviyyədə tanınmayıb və beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: