Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan Beynəlxalq Bankında mövcud bank hesablarına Türkiyə lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.