Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yaralı şəxslərdən biri - 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı oktyabrın 12-də müalicə olunduğu xəstəxanada vəfat edib.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.