Türkiyə mediası Ermənistanın terrorçu mahiyyətini bütün dünyaya yaymaqda davam edir - FOTOLAR
Türkiyənin kütləvi informasiya vasitələri Prezident İlham Əliyev oktyabrın 10-da Rusiyanın RBK televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlərinə, həmçinin Ermənistan ordusunun Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının ballistik raketlə vurulmasına, eləcə də cəbhədəki vəziyyətə dair məlumatları geniş şəkildə yaymaqda davam edir. Anadolu agentliyi və TRT-nin bütün qurumları Azərbaycanla bağlı mövzunu əsas məsələ kimi gündəmdə saxlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qardaş ölkə KİV-ləri döyüş meydanında aldığı məğlubiyyətlə barışmayan düşmən ordusunun azğınlıq edərək günahsız insanları hədəfə aldığı diqqətə çatdırılır. Telekanallar Ermənistanın Azərbaycana qarşı törətdiyi davamlı təxribatlarla bağlı xüsusi reportajları yayımlayır, münaqişə ilə bağlı ekspert rəyləri təqdim edir, cəbhə bölgəsindən birbaşa xəbərlər verir, Türkiyədə keçirilən dəstək aksiyaları geniş işıqlandırır.
Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, “TRT Haber”, “Haber Türk”, TGRT, “A Haber”, “Haber Global”, “Bengü TV”, “CNN türk” telekanallarının, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və sair nüfuzlu qəzetlərin, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.