Almaniyanın “WAZ” nəşri öz oxucularını Gəncə şəhərinin ermənilər tərəfindən barbarcasına atəşə tutulması barədə məlumatlandırıb
Almaniyanın daha bir nəşri - “WAZ” Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən gecənin bir aləmində barbarcasına atəşə tutulması barədə öz oxucularını məlumatlandırıb (bax: https://www.waz.de/politik/toedliche-gefechte-trotz-einigung-auf-waffenruhe-in-berg-karabach-id230642092.html).
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda gəncəlilərin yuxuda ikən raket zərbələrinə məruz qalmaları barədə danışılır. Ölənlər və yaralananların sayı haqqında məlumat təqdim ediləndən sonra bir fakt da qeyd olunur ki, hücum tərəflərin atəşkəs barədə Moskvada əldə etdikləri razılaşmaya riayət olunması nəzərdə tutulan saatlarda törədilib.