“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozur. Onlar Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonlarını atəşə tutmağa davam edirlər”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
“Avropa İttifaqı və Aİ Şurası susmaqla və rəsmi Yerevana təzyiq göstərmək və Nikol Paşinyanı ədalət mühakiməsinə cəlb etmək üçün heç bir addım atmamaqla böyük səhv edir. Avropa Şurasının prezidenti Şarl Mişel susqunluğu və səriştəsizliyi ilə Ermənistanın cinayətlərini müdafiə edir. Martin Lüter Kinq bir dəfə belə deyib: “Vacib şeylərdən danışmağı dayandırdığımız gün həyatımız bitər”, - o bildirib.
Onun fikrincə, Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen lider rolunu üzərlərinə götürməli və Ermənistan hökumətinə suveren Azərbaycan ərazilərində hərbi cinayətlər törətməyi və dinc əhalini öldürməyi dayandırmaq üçün təzyiq göstərməlidirlər.
“Erməni faşizmini görməzdən gəlmək regional və Avropanın enerji təhlükəsizliyi üçün fəlakətdir. Son bir neçə gündə Avropa şəhərlərindən Ermənistana mülki nəqliyyat təyyarələri vasitəsilə çatdırılan silahların daşınması da başqa bir cinayətdir. Avropanın məsul liderləri buna göz yummamalıdır”, - politoloq fikrini tamamlayıb.