Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!" şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.
Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.