Xankəndində azərbaycanca “Xoş gəlmisiniz” yazan erməni qadın döyüldü - FOTOLAR

A- A A+

İşğal olunmuş Azərbaycan ərazilərində məskunlaşan ermənilərin çoxu artıq müharibəni uduzduqlarını və Qarabağın Azərbaycana qaytarılmasının yaxınlaşdığını anlamağa başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Xankəndində evinin qarşısında Azərbaycan dilində “Xoş Gəlmisiniz” afişasını asan yaşlı qadın da başa düşüb.

Azərbaycanın tərkibində olan Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşamaq təcrübəsini xatırlayan yaşlı qadın anlayır ki, İrəvan artıq məğlub olub və Qarabağ erməniləri rəsmi Bakının yurisdiksiyasını qəbul etməli olacaqlar.

Sosial şəbəkələrdə erməni istifadəçi Nune Hasparyanın paylaşdığı məlumata görə, işğal olunmuş ərazilərimizdə olan Ermənistanın hərbi polisinin nümayəndələri həmin qadının bu əməlindən hiddətlənib və onu vəhşicəsinə döyüblər. Bildirilib ki, polislər Xankəndini tərk edən sakinlərin evlərini talan etməkdən də çəkinmirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: