Erməni tarixçi-politoloq: Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur - VİDEO
Qarabağ ərazisi Azərbaycan dövlətinə məxsusdur. Birmənalı. Həmin ərazidə əzəldən bəri həm azərbaycanlılar, sonra isə azrbaycanlılarla bərəbər, həm də ermənilər yaşayıb. Amma ərazi Ermənistana aid deyil
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri erməni əsilli tarixçi-politoloq Filipp Ekozyants müxbirin ona ünvanladığı "Bəs demək olar ki, Dağlıq Qarabağ əzəldən Azərbaycanın torpağıdır?" sualına cavab olaraq bildirib.
Erməni politoloqu vurğulayıb ki, qətiyyən demək olmaz ki, bu torpaqlar hansısa erməniyə məxsus olub. Əhalinin əsas hissəsini müsəlmanlar təşkil edib. Bu tarixdən bizə məlumdur. Ola bilsin ki, həmin ərazidə yaşamış xristianlar, sonrakı müsəlmanların əcdadları imiş. Çünki müsəlmançılıq daha sonra qəbul edilib. Buna görə də ərazi Ermənistana verilə bilməz və biz də təkid edə bilmərik ki, o Ermənistanındır. Torpaqların Ermənistana heç bir aidiyyatı yoxdur. O heç vaxt Ermənistana məxsus olmayıb. Heç orada erməni adlanan xalq da olmayıb.