Şahbuz rayonunda qurulan qapalı suvarma şəbəkəsi rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq - VİDEO

A- A A+

Şahbuz rayonunda yeni qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi daha geniş ərazilərin əkilib-becərilməsinə şərait yaradır, rayonun iqsadi inkişafına, yeni iş yerlərinin açılmasına öz töhfəsini verir.

Rayonda ötən il Türkeş və Sələsüz kəndlərində  343 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsi qurulub. Bu il isə Sələsüz və Mərəlik kəndlərində 198, Türkeş kəndində isə 77 hektar olmaqla, ümumilikdə 275 hektar sahədə suvarma şəbəkəsi qurularaq torpaq mülkiyyətçilərinin istifadəsinə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

                                                                    Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: