Rusiyalı jurnalist: Xankəndi tam boşalıb - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın “Mash” “Telegram” kanalının jurnalisti Xankəndində olub, şəhərdəki son vəziyyət barədə reportaj hazırlayıb.
Jurnalist Xankəndinin mərkəzi stadionuna baş çəkib, lakin orada məsul şəxslərdən kimsənin qalmadığının şahidi olub.
Reportyor şəhərdə fəaliyyət göstərən mobil şəbəkənin tamamilə sıradan çıxdığını, işıqforların belə işləmədiyini vurğulayıb.