Zlatko Lagumdzija: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edir - FOTOLAR
Bosniya və Herseqovinanın sabiq Baş Naziri, Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Zlatko Lagumdzija ölkəsinin nüfuzlu “Avaz” qəzetinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibə verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Zlatko Lagumdzija müsahibəsində 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini qeyd-şərtsiz yerinə yetirməkdən imtina edir.
Sabiq Baş Nazir, həmçinin Xocalı soyqırımını Srebrenitsa soyqırımı ilə müqayisə edib. Bildirir ki, 1992-ci ildə Xocalıda törədilən soyqırımı zamanı 613 dinc sakin amansızlıqla qətlə yetirilib.