Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.
Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb.
Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb.