Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı ilə bağlı ispan, alman, rus, ingilis, ərəb dillərində videoçarx hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanmış videoçarx böyük marağa səbəb olub, eləcə də rəqəmsal mediada kütləvi yayılıb.
Video ilə bağlı Türkiyənin “Haber Global” televiziya kanalında da süjet hazırlanaraq ictimaiyyətə təqdim olunub.