Ermənistanda elita dərin böhran içərisindədir - Rusiya mətbuatı

A- A A+

Ermənistandakı elita dərin böhran içərisindədir, keçmiş hakimiyyətin bəzi nümayəndələri Paşinyan hökumətini devirmək üzrə planlar hazırlayır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya KİV-ləri yazır.

Qeyd olunub ki, bu günlərdə erməni millətçiliyi son 100 ilin ən böyük zərbəsini alır:

“Ermənistan rəhbərliyi reallıq hissini o qədər itirib ki, artıq kütləvi terrora əl atmağa başlayıb. Oktyabrın 10-da Gəncədə dinc sakinlərin gecə raket atəşinə tutulması bəşəriyyətə qarşı əsl cinayətdir. İnsanlar üçün bu aqressiya gözlənilməz oldu, çünki bu şəhər Qarabağdan uzaqda yerləşir və burada heç vaxt atışma olmayıb”.

Bundan başqa, qeyd olunur ki, Yerevan məsuliyyətdən yayına bilməyəcəyini başa düşdüyü üçün çaşqınlıq içindədir:

“Artıq Moskvada başa düşməyə başlayırlar ki, müttəfiq seçimində düzgün addım atmayıblar. Şəhərlərin kütləvi qırğın silahları ilə vurulması Kremli pis vəziyyətdə qoyur. Moskva da bu cür silahların nəinki ağlını, hətta vicdanını və ləyaqətini itirmiş siyasətçilərin idarə etdiyi ölkəyə gəlməsindən narahatdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: