Bakıda böyümüş erməni: “Qarabağ Azərbaycana qaytarılmalıdır” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakıda doğulmuş erməni Artur Şaqidanyan öz sosial şəbəkə hesabından Ermənistan hökumətinə müraciət edib.
O, yazısında qeyd edir ki, vaxtı ilə Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycan əraziləri öz sahibinə qaytarılmalı, Qarabağda yaşayan ermənilər isə İrəvanın mərkəzində boş qalan hündür mərtəbəli binalardakı mənzillərinə yerləşdirməlidir. Ermənistan öz xalqını təhlükəyə atmamalı və gəncləri bir ovuc torpaq üçün ölümə göndərməməlidir. Paşinyan ölkə daxilində işlərə diqqət artırmalıdır. O öz xalqını qorumaq istəyirsə, edə biləcəyi tək şey çıxıb getməkdir.
A.Şaqidanyan hesab edir ki, pulu, texnikası, diplomatik inamı və savadı olmayan Ermənistan dövləti bu hərbi qarşıdurmaya hazır deyil.