Baş Prokurorluq sosial şəbəkələrdə yayılan və guya Azərbaycan hərbçilərinin erməni əsirlərinə kobud davranışına dair əsassız videogörüntülərlə bağlı məlumat yayıb

A- A A+

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “Инфотека24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb.

Hazırda bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: