Ukrayna mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən kəndlərimizlə bağlı növbəti açıqlamasına geniş yer ayırıb - FOTOLAR
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəzi kəndlərimizin işğaldan azad edilməsi ilə bağlı növbəti açıqlamasına dair məqalələr dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrinform, “RBK-Ukrayna” informasiya agentliyində, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazılıb: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib”.