Özbəkistan portalları Azərbaycanın cəbhədə qazandığı qələbələrə dair materiallar dərc edib - FOTOLAR

A- A A+

Özbəkistan “tnews.uz”, “fikr.uz”, “interpress.uz” və “azon.uz” portalları Azərbaycanın cəbhədə qazandığı qələbələrlə bağlı özbək və rus dillərində materiallar dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “tnews.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsinin tam mətnini verib. “fikr.uz” saytı isə bu müsahibə ilə əlaqədar analitik məqalə dərc edib. Məqalədə müsahibədən sitat gətirilir: “Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir”.

“interpress.uz” portalında fəlsəfə doktoru Elxan Ələskərovun “Ermənistan Qarabağı terrorizm ocağına çevirməyə cəhd edir” sərlövhəli məqaləsi yer alıb.

“azon.uz” portalı İsrailin Tirat-Karmel şəhərinin meri Arye Talın Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova göndərdiyi məktubdan bəhs edir. Məktubda Azərbaycanın haqq işinə dəstək ifadə olunur, 30 ildən bəri davam edən işğala son qoyulması arzulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: