Hikmət Hacıyev: Ordubada raket zərbəsi Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışdığını göstərir

A- A A+

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Bu, göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: