XİN: Maykl Pompeonun fikirləri Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir

A- A A+

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.

Açıqlamada, həmçinin deyilir: “Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan əvvəl edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: