“Oktyabrın 18-i, Müstəqillik Günü bizim üçün çox əzizdir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib. Ölkə başçısı 18 oktyabrda işğal altındakı hansısa bölgənin azad ediləcəyi barədə vətəndaşların gözləntisinə belə reaksiya verib:
“Bu müddət ərzində mən heç vaxt Ordu qarşısında “bu tarixdə filan yeri alacaqsan” tapşırığı qoymamışam. Bəzi kəndlər haqqında biz bu gün də məlumat verə bilərik və bəlkə də olacaq. Amma xoş xəbərin oktyabrın 17-si, 18-i və ya 19-u verilməsi vacib deyil”.