Türkiyə XİN Ermənistanın Ordubada hücumunu pisləyir

A- A A+

Türkiyə Ermənistan qoşunlarının işğal altındakı Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumunu qətiyyətlə pisləyir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan işğal etdiyi ərazilərdəki ard-arda aldığı məğlubiyyətləri ilə əlaqədar hər gün daha da aqressivləşir:

"Ortaq sərhədlərimizin olduğu Naxçıvan Muxtar Respublikasına yönələn hücum Ermənistanın münaqişənin Azərbaycanın işğal olunmuş ərazilərindən kənara yaymaq cəhdlərinin sübutudur. Ermənistan bu təxribatları dayandırmalıdır.

Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücum etməklə hərbi cinayət törədib, indi isə münaqişəni başqa müstəvilərə keçirməyə çalışır. Ermənistan bu hücumların nəticələrini göz önünə almalıdır".

Nazirlik Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: