"Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
"Eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb. Bu kimi xəbərin də heç bir əsası yoxdur", - deyə o qeyd edib.