Nazir Ceyhun Bayramov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikeri Ermənistanın humanitar atəşkəsi pozması barədə məlumatlandırıb

A- A A+

Oktyabrın 16-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı olub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb. Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları atəşə tutması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması və nəticədə ciddi insan itkisinin olması Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırılıb.

ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker humanitar atəşkəsə riayət olunmasının və siyasi dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: