Ermənistan məsuliyyətə cəlb olunmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "Twitter" hesabında yazıb.
O bildirib ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə qorxaq və xain raket zərbələri, o cümlədən Gəncəyə növbəti raket zərbələri onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və soyqırımı siyasətini davam etdirir. Ermənistan məsuliyyətə cəlb olunmalıdır.